"Əfqanıstanı dünya siyasətinin mərkəzinə çevirməyə cəhd edənlər indi Əfqanıstanı Ukrayna ilə əvəz etməyə çalışırlar. Biz hamımız bunun nə ilə bağlı olduğunu başa düşürük".
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı Şah Mahmud Qureşi ilə görüşündə deyib.
O, Ukraynadakı mövcud vəziyyəti Qərbin ikinci Əfqanıstan yaratmaq cəhdi adlandırıb.
Rusiya Federasiyası və Pakistan xarici işlər nazirlərinin görüşü Çində Əfqanıstanın qonşu dövlətlərinin xarici işlər nazirlərinin üçüncü konfransı çərçivəsində baş tutub.
Ağarza Elçinoğlu