Pakistanda baş nazir İmran Xanın müttəfiq olduğu Birləşmiş Xalq Hərəkatı (MQM-P) partiyasından ədliyyə naziri Məhəmməd Faruk Nəsim və İnformasiya Texnologiyaları və Telekommunikasiya naziri Aminul Hək tutduqları vəzifələrdən istefa veriblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, MQM-P Şurada olan Baş nazir Xana, Ədliyyə Naziri və İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirinə qarşı “etimadsızlıq səsverməsi”ndə müxalifətin yanında olacağını bəyan etdikdən sonra Nazirlər, bu partiyadan istefa verib.
Hökumət hələlik məsələ ilə bağlı açıqlama verməyib.