Rusiya Nazirlər Kabineti digər ölkələrlə hesablaşmalarda milli valyutanın istifadəsinin genişləndirilməsi üzərində işləyir.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Moskvada jurnalistlərə bildirib ki, bu, həm Rusiyanın, həm də onun tərəfdaşlarının maraqlarına cavab verir: "Məsələn, son illər dünyanın əsas ehtiyat valyutası kimi dolların nüfuzunun sarsıldığını və digər beynəlxalq səviyyədə tanınmış valyutalara inamın yüksək olmadığını nəzərə alsaq, milli valyutalardan istifadə təcrübəsinin genişləndirilməsi bu proseslərə yeganə və qaçılmaz alternativ olaraq qalır".
Ağarza Elçinoğlu