Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 56 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 272 min 196 nəfərin test edildiyi, 14 min 336 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 16 min 435 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.