Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Britaniya və onun müttəfiqləri özünümüdafiə üçün Ukraynaya daha çox hərbi yardım göndərməyə razılaşıblar.
"Unikal" xəbər verir ki, Uolles bu açıqlama ilə Ukrayna üçün ikinci Beynəlxalq Donor Konfransından sonra jurnalistlər qarşısında çıxış edib. Müdafiə naziri bildirib ki, müttəfiq ölkələr Ukraynaya daha çox yardım göndərmək barəsində razılığa gəliblər.
Yardıma hava və sahil müdafiə sistemləri, uzaqmənzilli mənzilli artilleriya, zirehli maşınlar, eləcə də daha geniş təlim və maddi-texniki dəstək vasitələri daxildir.