NATO-nun (Aİ ölkələrinin) Ermənistanda akkreditə olunmuş hərbi attaşeləri "SU-30SM" təyyarələrinin yerləşdiyi aviabazaya baş çəkiblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Ermənistanın sözügedən təyyarələrinin Rusiyaya verilməsi xəbəri olub.
Səfərdə məqsəd təyyarələrin yerində olub-olmadığını və onların Ukraynadakı döyüşlərdə iştirak etməsi ilə bağlı məlumatları dəqiqləşdirmək olub.
Qeyd edək ki, ermənilər bunu öz hakimiyyətlərinin əlahiyyətsiz, hörmətsiz və xarici dünyada etibarı olmaması ilə əlaqələndiriblər.
Onu da deyək ki, təyyarələrin yerində olub-olmaması barədə məlumat verilməyib.
Ağarza Elçinoğlu