Rusiyanın Belqorod şəhərindəki neft bazasında yanğın olub.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğının Ukrayna aviasiyasının iki helikopterinin endirdiyi hava zərbəsi nəticəsində baş verdiyi deyilir.
Vilayət qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib ki, helikopterlər Rusiya ərazisinə aşağı hündürlükdən daxil olub.
Bildirilib ki, Rusiya Fövqəladə Hallar Nazirliyi yanğını tez bir zamanda lokallaşdırmağa çalışır.
Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilir.
Ağarza Elçinoğlu