Avstraliyanın baş naziri Skott Morrison Ukrayna prezidenti Vladimir Zelenskinin dünən telekonfrans vasitəsilə Avstraliya parlamentindəki çıxışında tələb etdiyi Avstraliya istehsalı olan "Bushmaster" adlı zirehli hərbi maşınların göndərilməsi ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, Zelenskinin tələbini yerinə yetirəcəklərini açıqlayan Morrison, hərbi hissələrin daşınması üçün istifadə edilən Avstraliya istehsalı olan zirehli "Bushmaster" maşınlarının Ukraynaya hava yolu ilə göndəriləcəyini bildirib.
Gülayə Mecid