Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəzi ölkələrin anti-Rusiya sanksiyalarından yorulduğunu bəyan edib.
"Unikal" xəbər verir ki, Kuleba bu barədə Polşanın TVN24 telekanalında bildirib.
Ukrayna XİN rəhbəri bəzi ölkələrin Rusiya iqtisadiyyatına zərbə vura biləcək əlavə sanksiyalar tətbiq etməkdən imtina etmək istəyini qeyd edib.
“Biz onların yorğunluğunu aradan qaldırmağa çalışırıq, ukraynalılar sanksiyalara görə minnətdardırlar, lakin nə qədər ki, müharibə var, daha çox sanksiya tətbiq edilməlidir”, - deyə o, əlavə edib.
Gülayə Mecid