Rusiya yalnız dost ölkələrə ərzaq və məhsul tədarük edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev "Telegram" kanalında məlumat verib.
"Biz yalnız dostlarımızı ərzaqla təmin edəcəyik, xoşbəxtlikdən bizdə onların çoxu var, onlar Avropada və ya Şimali Amerikada ümumiyyətlə yoxdur. Biz onları rublla və öz milli valyutasında satacağıq. Biz öz mallarımızı və kənd təsərrüfatı məhsullarımızı düşmənlərimizə tədarük etməyəcəyik, onlardan heç nə almayacağıq", - Medvedev yazıb.
Eyni zamanda Medvedev vurğulayıb ki, Rusiya 2014-cü ildən bəri bir sıra Qərb ərzaq məhsullarını almayıb.
Ağarza Elçinoğlu