"Ukraynadakı Rusiya qüvvələri ölkənin şərqindəki hücumlarını ikiqat artırmaq üçün yenidən qruplaşır".
"Unikal" BBC-yə istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Böyük Britaniya bildirib ki, Rusiya Gürcüstandan əlavə olaraq 1200-2000 hərbçi gətirir.
Moskva çərşənbə axşamı Ukraynanın şimalında hərbi fəaliyyətini azaldacağını və diqqətini cənub-şərqdə Donbas bölgəsinin "azad edilməsinə" yönəldəcəyini açıqlayıb.
Stoltenberq Rusiyanın hərbi nəticə əldə etmək məqsədinin dəyişmədiyini deyib.
"Biz şəhərlərin atəşə tutulmasının davam etdiyini və Rusiyanın qoşunların bir hissəsini yenidən yerləşdirdiyini görürük, bəzilərini hərəkətə gətirir, çox güman ki, Donbas bölgəsində öz səylərini gücləndirir",- deyə baş katib bildirib.
Aynurə Xudaverdiyeva