Rusiya Hava kosmik Qüvvələrinin hava hücumundan müdafiə vasitələri havada Ukraynanın bir Mi-8 vertolyotunu Lyubimovka qəsəbəsi ərazisində və 8 pilotsuz uçuş aparatını Donetsk, Çerniqov, Korosun və Novomixaylovskoe rayonlarında, o cümlədən bir "Bayraktar TB-2" Vaxovka ərazisində vurub.
"Unikal"ın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Rusiyanın operativ-taktiki aviasiyası Ukraynanın 52 hərbi obyektini vurub: Onların arasında üç komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi, Buk-M1 zenit-raket kompleksi, S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün radar, həmçinin 10 hərbi texnikanın cəmləşdiyi ərazi və Ukrayna Silahlı Qüvvələrinin 16 dayaq məntəqəsi var.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 124 təyyarə və 81 helikopter, 353 pilotsuz uçuş aparatı, 1839 tank və digər zirehli döyüş texnikası, 202 reaktiv yaylım atəşi sistemi, 773 səhra artilleriya qurğusu və minaatan. o cümlədən 1711 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib"