Ermənistanda qazın qiyməti artıb.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası (PSRC) bildirib ki, bu gündən adi istehlakçılar üçün qazın tarifi 4-7 dram artaraq bir kub üçün 143,7 dram ( təxminən 51 qəpik) olub.
Qeyd edək ki, qiymətlər PSRC-nin təklifi əsasında Rusiyanın "Qazprom" şirkəti tərəfindən qaldırılıb.
Həmçinin aprelin 1-dən ayda 10 min kubmetrdən çox qaz istehlak edən sahibkarlıq subyektləri üçün mavi yanacağın qiyməti 3,9%, istixana təsərrüfatları üçün isə 4,5% artacaq.
Ağarza Elçinoğlu