Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlar onlayn rejimdə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
Onun sözlərinə görə, bu barədə tərəflər rəsmi məlumat veriblər.
"Danışıqlar işçi alt qrupların birləşdirilməsi ilə onlayn rejimdə davam etdirilib", - Podolyak deyib.
***12:52
Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün davam etdiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, tərəflər videokonfrans formatda müzakirələr aparacaqlar.