Rusiyada son sutka ərzində daha 19 164 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

"Unikal"ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 862 089 nəfərə çatıb.

Son sutka ərzində 342 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 369 064 nəfərə çatıb.