ABŞ səfirliyi Bakıdakı partlayışla bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, səfirlik bu barədə öz "Facebook" səhifəsində paylaşım edib: 

“Aprelin 3-də baş vermiş partlayış nəticəsində həlak olanları yad edir, onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”.