"Rusiya ilə sülh sazişini Kiyev rejiminin başçısı Volodimir Zelenski deyil, Ukraynanın xalq tərəfindən seçilmiş prezidenti imzalayacaq".
"Unikal" xəbər verir ki, bunu keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Larri Conson deyib.
"Düşünürəm ki, onun vəzifədən kənarlaşdırılmasının aşkar səbəbləri var və bu, rusların danışıqlarda israr etdiyi və israr edəcəyi məqamlardan biridir. Heç bir yekun razılaşmanı Zelenski imzalaya bilməz. Onu əslində xalq tərəfindən seçilmiş biri imzalamalıdır", - deyə o vurğulayıb.
Conson həmçinin etiraf edib ki, Zelenskinin prezidentlik səlahiyyətləri başa çatıb və o, hərbi vəziyyət elan edərkən bu səlahiyyətləri aşıb.
Ağarza Elçinoğlu