Rusiyalı jurnalist və bloger Yuri Dudu qiyabi həbs edilib.
"Unikal" xəbər verir ki, istintaq onu Rusiya ordusu və onun fəaliyyəti haqqında məlumat toplamaq maddəsi ilə ittiham edib.
Duduya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 3-cü hissəsi ilə qiyabi ittiham irəli sürülüb.
Maddə Rusiyanın hərbi-texniki fəaliyyəti haqqında xarici mənbələr tərəfindən istifadə oluna bilən məlumatı qəsdən toplayan şəxsin xarici agentlər siyahısına daxil edilməsi üçün sənədləri səlahiyyətli orqanlara təqdim etməməsinə görə məsuliyyət nəzərdə tutur.