Ukrayna parlamenti Rusiya və Belarusda istehsal olunan dərman vasitələrinin ölkəyə idxalına qadağa qoyulması haqqında qanunu ikinci oxunuşda qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə "Xalqın xidmətçisi" partiyası məlumat yayıb. Bildirilib ki, Ali Rada ikinci oxunuşda Rusiya və Belarusda istehsal olunan dərman vasitələrinin idxalına qadağa qoyulması haqqında 7313 saylı qanun layihəsini qəbul edib.
Ramil Zeynallı