Yaponiyanın Hönsü adasının sahillərində 6 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Tateyama şəhərindən 231 km cənub-şərqdə, təxminən 50 min insanın yaşadığı Çiba prefekturasında, ocağının 60 kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.