Kreml Ukraynada saxlanılan xalq deputatı və Rusiya diktatoru Vladmir Putinin xaç atası olan Viktor Medvedçukun Mariupolun müdafiəçiləri ilə dəyişdirilməsi imkanını nəzərdən keçirmir.
"Unikal" xəbər verir ki, bu barədə Putinin sözçüsü Dmitri Peskov açıqlama yayıb.
“Biz artıq dedik ki, Medvedçuk Ukrayna vətəndaşıdır və o, hərbçi deyil. "Azovstal"da əsir götürülənlərə gəlincə, onlar hərbçilər və millətçi qrupların üzvləridir, ona görə də bunlar tamamilə fərqli kateqoriyalı insanlardır və biz hər hansı mübadilədən danışmaq çətindir", - deyə o, bildirib.
Gülayə Mecid