Xəbər verdiyimiz kimi, Milli Məclisin mayın 31-də keçiriləcək iclasında Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək.
"Unikal"ın məlumatına görə, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif olunur.
Qeyd edək ki, Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviridir.
*** 11:54
Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək.
"Unikal"ın xəbərinə görə, bununla bağlı məsələ parlamentin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Belə ki, Mərkəzi Banka yeni sədrin təyin edilməsinin ardınca qurumun İdarə Heyətinin yenidən formalaşdırılacağı gözlənilir.
İdarə Heyətinin 3 üzvünün səlahiyyət müddəti ötən ay başa çatıb.
Belə ki, Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçiliblər.
Anar Kəlbiyev