Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında görüş keçirməyi təklif edib.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.
"Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı İstanbulda Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında görüş keçirməyi təklif edib", - Türkiyənin prezident ofisindən bildirilib.
Ağarza Elçinoğlu