"Allaha dua edirdim ki, oğlum yaralı olsun".

Bu fikirləri "Unikal"a açıqlamasında ötən gün qəzaya düşən təyyarənin sərnişinlərindən biri olan, talehindən xəbər alınmayan Şəmkir rayonun Yuxarı Seyfəli kənd sakini 1998-ci il təvəllüdlü Ramin İbrahimovun atası Mahir İbrahimov deyib.

"Oğlumu dekabrın 24-ü axşam saatlarında Bakıya yola saldıq. Oğlum Qrozniyaya işləməyə gedirdi. Dünən səhər anasına zəng edib k dedi ki, areportdadır. Sonra xəbər gəldi ki, oğlumun olduğu təyyarə Qazaxıstanda qəzaya düşüb. Hələ ki, oğlumdan bir xəbər yoxdur. Oğlum gedəndə özünə orada geyinməyi üçün isti paltarlar almışdı. Oğlum subay olub.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yazınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb. Onların sırasında 1998-ci il təvəllüdlü Ramin İbrahimov da var. 

Tural Əhmədov