Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında həlak olan dörd nəfərin nəşi Bakıya gətiriləcək.

"Unikal" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Adil Abdullayev hava limanında jurnalistlərə açıqlamasında deyib.

"Xüsusi minnətdarlıqla qeyd etmək istərdik ki, qəza baş verən andan etibarən Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin , vilayət idarəetmə orqanlarının əməkdaşları yüksək peşəkarlıq və operativlik nümayi etdirmiş, xilas olunan sərnişinləri yüksək səviyyəli səhiyyə xidməti ilə təmin etmişdir", - deyə nazir müavini qeyd edib.