24 dekabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyasının müdiri, professor Ramin Rzayev CBC televiziyasının qonağı olub. Verilişdə Bakıda keçirilən COP-29 konfransının nəticələri və Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
"Unikal" xəbər verir ki, R.Rzayev COP-29-da qəbul edilmiş bəyannamələrin inkişaf etməkdə olan ölkələrdə iqlim problemlərinin maliyyələşdirilməsi, eləcə də Avropaya qazın ötürülməsi üçün boru nəqli sisteminin təkmilləşdirilməsi ilə bağlı çıxış edib, onların Azərbaycanın gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Verilişi izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: