Hollandiyadan olan qaz treyderi "GasTerra" yeni ödəniş sistemi ilə bağlı "Qazprom"un tələblərini yerinə yetirməkdən imtina edib.
"Unikal" xəbər verir ki, müvafiq bəyanat şirkətin saytında yerləşdirilib.
""GasTerra"nın qərarına cavab olaraq, "Qazprom" 2022-ci il mayın 31-dən tədarükün dayandırıldığını elan edir", bəyanatda deyilir.
Danimarkanın enerji şirkəti "Orsted" də bazar ertəsi oxşar qərar qəbul edib.
Ağarza Elçinoğlu