Dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı "qara qızıl"ın qiymətindəki artım 2% olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu gün keçirilən hərraclarda "Brent" markalı neftin avqust fyüçersləri ilk dəfə bir barel üçün 121 dolları ötüb.
Bakı vaxtı ilə saat 21.00-a olan məlumata görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 1,86% artaraq bir barel üçün 121,65 dollar, avqustda isə 1,7% artaraq 117,54 dollar təşkil edib. "WTI" markalı neftin iyul fyuçerslərinin dəyəri 1,6% artaraq 116,89 dollar olub.
Ağarza Elçinoğlu