Albaniya Xalq Məclisi üçüncü cəhddə də ölkə prezidentini seçə bilməyib.
"Unikal" xəbər verir ki, hazırki prezidenti İlir Metanın səlahiyyət müddəti iyunun 24-də başa çatır. Dövlət başçısı postuna seçilməli olan şəxs 140 deputatdan 84-nün etimadını qazanmalıdır. Lakin namizədlər səsvermə zamanı ən yaxşı halda 74 səs ala bilib.