Türkiyə 70 ildir NATO-nun qürurlu və vazkeçilməz üzvüdür. Ölkəmiz 1952-ci ildə azadlığı və demokratiyanı müdafiə etmək üçün Koreyaya qoşun göndərdikdən sonra alyansa üzv olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “The Ecomomist” nəşrində dərc olunmuş məqaləsində deyilir.
Məqalə qeyd olunub ki, Soyuq Müharibə dövründə və ondan sonra Türkiyə Yaxın Şərq, Qafqaz və Qara dəniz regionlarında sabitləşdirici və müsbət aktor olub. Türkiyə ordusu da NATO missiyaları çərçivəsində Kosovodan Əfqanıstana kimi dünyanın bir çox bölgəsinə səfər edib.
Türkiyənin İsveç və Finlandiyanın üzvlüyünə etirazının da indiyə qədər terrorun hədəfi olan bütün üzvlər adına atılan qərarlı addım olduğu qeyd olunan yazıda deyilir: “Terrorun dini, milləti və rəngi yoxdur. Məqsədi mülki əhaliyə zərər vurmaq olan hər bir təşkilata qarşı möhkəm dayanmaq bu ittifaqın ən mühüm missiyalarındandır. Bu məsələdə heç bir ölkənin imtiyazı yoxdur.
Bundan əlavə, Ukraynadakı müharibə beynəlxalq nizam, böyük güc rəqabəti və avroatlantika təhlükəsizliyi üçün yeni çağırış oldu. Tarixin ən böyük hərbi ittifaqı olan NATO-nu ayağa qaldırdı” - deyə vurğulanıb.