İraqın Ənbar əyalətindəki "Ayn əl-Əsəd2 hərbi bazası raket hücumuna məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə "News 18" telekanalı xəbər verib.
Məlumata əsasən, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qoşunlarının yerləşdiyi bazaya 5 raket atılıb. Hücum zamanı xəsarət alan olmayıb, dağıntılar da qeydə alınmayıb.
Raketlərin növü və hücumun məqsədi barədə məlumat verilməyib. Raketlərin dəqiq kim tərəfindən atıldığı da məlum deyil.