Danimarkanın Ukraynaya 2 milyard kron (təxminən 290 milyon dollar) dəyərində hərbi yardım etdiyi açıqlanıb.
"Unikal" xəbər verir ki,Danimarkanın DR dövlət televiziyasının məlumatına görə, müdafiə naziri Morten Bodskov Ukraynaya silah və digər hərbi texnikadan ibarət 2 milyard kron dəyərində yardım göndərdiklərini bildirib.
İsveç hökuməti də məxfilik çərçivəsində Ukraynaya yeni hərbi yardım göndərəcəyini açıqlayıb.
Hökumətin səhifəsində edilən açıqlamada Ukraynaya yüksək səviyyədə hərbi dəstək veriləcəyi, dəstəyin mahiyyətinin məxfilik səbəbindən açıqlanmayacağı bildirilib.
İsveç daha əvvəl Ukraynaya 135 min əsgərə 5 min AT4 tank əleyhinə silah, 5 min polad jilet, 5 min hərbi dəbilqə və hazır yemək göndərib.
Gülayə Mecid