Hollandiyanın ictimai qaz şirkəti "GasTerra", "Qazprom"un rublla ödəməkdən imtina etdiyi üçün 31 May tarixindən etibarən Hollandiyaya təbii qaz tədarükünü dayandıracağını açıqlayıb.
"Unikal" xəbər verir ki, şirkətin verdiyi açıqlamada Rusiyanın Avropa Birliyinə (AB) üzv ölkələrindən "Qazprombank"dan avro və rubl hesabları açaraq təbii qaz ödəmələrini tələb etdiyi xatırladılıb.
Açıqlamada, "GasTerra"nın sözügedən fərmana uyğun olaraq ödəniş etməyi bildirilib:
"Bu şəkildə ödəniş AB sanksiyalarını pozma riski ilə yanaşı maliyyə və əməliyyat risklərini də daşıyır. Bu, şirkətimiz üçün çox daha böyük riskdir. Bu şəkildə ödəməyi rədd etməyimizə cavab olaraq, "Qazprom" mayın 31-dən etibarən təbii qaz tədarükünü dayandıracağını açıqladı".
Məlumatda bildirilib ki, “Qazprom”un hazırkı müqavilə müddətinin bitdiyi 31 may-1 oktyabr tarixləri arasında tədarükünü dayandırması 2 milyard kubmetr təbii qazın alınmayacağı anlamına gəlir.