Nyu-Yorkda Roma Katolik kilsəsindən 18 karatlıq qızıldan hazırlanmış qədim sənət əsəri və mələk başı oğurlanıb.
"Unikal" xəbər verir ki, Bruklin Yeparxiyasının məlumatına görə, 18 karatlıq xalis qızıldan hazırlanmış qədim sənət əsəri 1890-cı illərə aiddir. Onun dəyəri 2 milyon dollardır.
Oğrular Park Slopesdəki Müqəddəs Avqustin Roma Katolik Kilsəsinə soxularaq artefaktı qoruyan metal anbarı kəsiblər.
Hadisəni törədənlər təhlükəsizlik görüntülərini götürüb qaçıblar. Ehtimal olunur ki, oğrular giriş qapısından çıxıblar.
Səlahiyyətlilər iqamətgahın yanındakı mələk heykəlinin də başının kəsildiyini bildiriblər.