Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı oğlu və Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu saxlanılıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə vəkil Benik Qalstyan məlumat yayıb.
Tiqran Xaçatryan və Hayk Sarkisyan hökumət rəsmisinə qarşı zorakılıqda ittiham olunurlar. Məlumata görə, onlar ötən gün Ermənistan Cinayət Məcəlləsinin 316-cı maddəsinin birinci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq) əsasında həbs ediliblər. Bildirək ki, onların hər ikisi “Müqavimət” hərəkatının mitinqlərində iştirak ediblər.
Qeyd edək ki, Hayk Sarkisyan Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın kiçik oğludur.
Gülayə Mecid