Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqlərdə Ermənistan polisinin müxtəlif bölmələrinə 1964 nəfər gətirilib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.
Bildirilib ki, onlardan 54 nəfəri cinayət-prosessual qaydada, 1910-cu ildə isə İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiklərinə görə saxlanılıb.
Ermənistan mətbuatı həmçinin nə qədər azyaşlının saxlanıldığı, neçə polis əməkdaşının qanunsuz saxlanması, onlara qarşı zorakılıq tətbiq edilməsi, həmin polislərin fəaliyyətinin müvəqqəti dayandırılıb-dayanmaması ilə də maraqlanıb.
Belə ki, Ermənistan Polisi saxlanılanlardan 36-nın azyaşlı olduğu, onlardan 33-ü barədə inzibati iş başlanıldığı bildirilib.
"Yetkinlik yaşına çatmayanların gətirilməsi ilə bağlı iki faktla bağlı xidməti araşdırmalar təyin edilib, araşdırmalar davam etdirilir. İntizam və ya digər xəta törətmiş polis əməkdaşlarının əhatə dairəsi xidməti imtahanların yekun nəticələrinə əsasən dəqiqləşdiriləcək. Bu hallarda heç bir polis əməkdaşının səlahiyyəti dayandırılmayıb", - məlumatda qeyd olunub.
Gülayə Mecid