Ermənistanda polislərə may ayında mükafat olaraq 6,5 milyon dollar verilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə erməni deputat Artur Kazinyan sosial şəbəkə hesabında yazıb.
Müxalif deputatın sözlərinə görə, bu ay ərzində nə müəllimlərin nə də tibb işçilərinin maaşı yüklənib.
Əlavə məlumat üçün qeyd edək ki, Nikol Paşinyan hökuməti ilk vaxtlar sərt müdaxilədən qaçsa da, son dövrlərdə müxalifətə qarşı güc tətbiq etməkdən çəkinmir.
Aynurə Xudaverdiyeva