Vladimir Putinin hakimiyyətə gəlməsinə kömək edən şəxs kimi tanınan Valentin Yumaşev Kremlin müşaviri vəzifəsindən istefa verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Yumaşevin idarə heyətinin üzvü olduğu Yeltsin Fondunun baş direktorunun müavini Lyudmila Telen istefa xəbərini təsdiqləyib. Başqa bir mənbə isə Yumaşevin apreldə vəzifəsini tərk etdiyini açıqlayıb.
Bildirək ki, o, Rusiyanın ilk prezidenti Boris Yeltsinin kürəkəni olub.
Gülayə Mecid