Tayvanda “AT-3” tipli reaktiv təlim təyyarəsi ölkənin cənubunda uçuşu zamanı qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, Tayvan ordusundan verilən açıqlamada səhər saatlarında Kanqşan Hava Bazasından havaya qalxan təyyarənin təxminən 3 dəqiqə sonra Kaohsiung şəhərinin çölündə çəltik tarlasına çırpıldığı qeyd edilib.
Açıqlamada pilotun qəzada öldüyü bildirilib.
Bu, "AT-3" təyyarəsinin Tayvan Hərbi Hava Qüvvələrinin inventarına daxil olduğu 1984-cü ildən bəri 15-ci, son 10 ildə isə dördüncü qəzadır. Bu günə qədər 11 pilot və pilot namizədi qəzalarda həyatını itirib.