Rusiya işğaldan sonra Ukraynanın Xerson vilayətinə təyin etdiyi "hakimiyyət orqanları" yaxın gələcəkdə regionun tam hüquqlu subyektə çevrilməsi üçün bölgənin Rusiya Federasiyasına birləşdirilməsinə başlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Xersonda yaratdığı hərbi-mülki administrasiyanın rəhbər müavini Kirill Stremousov bildirib.
"Xerson vilayəti yaxın gələcəkdə tam hüquqlu subyektə çevrilərək Rusiya Federasiyasının tərkibinə daxil olmaq niyyətindədir", - Stremousov bildirib.
Ağarza Elçinoğlu