Ali Rada Rusiyanın BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxarılmasını istəyib.
Bu barədə "Unikal" “Xalqın xidmətçisi” fraksiyasının xalq deputatı Yelena Şulyakın Teleqramına istinadən xəbər verir.
UNESKO-ya müraciətlə bağlı qətnamənin qəbul edilməsinə Radanın 311 deputatı səs verib.
"Rusiya Ukraynanı atəşə tutmaqda və əksər bölgələrdə mədəni irs obyektlərini məhv etməkdə davam edir. Son məlumatlara görə, 250-dən çox mədəniyyət abidəsi zədələnib və ya dağıdılıb. Bunlar kilsələr, muzeylər, abidələr, qoruqlar, mədəniyyət evləri, teatrlar, kitabxanalar və tarixi binalar”, - deyə Şulyak bildirib.
Ramil Zeynallı