Rusiyanın başladığı genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna beynəlxalq tərəfdaşlardan 7 milyard dollardan çox maliyyə vəsaiti alıb.
"Unikal" xəbər verir ki, bu barədə baş nazir Denis Şmıqal hökumətin iclasında bildirib.
"3 aydan çoxdur ki, dəstək artıq 7 milyard dolları ötüb. Biz hər gün işləyirik və yardımı artırmaq üçün danışıqlar aparırıq. Məsələn, bu gün biz maliyyə dəstəyinin cəlb edilməsi şərtlərini təsdiq edirik. Kanada hökumətindən təqribən 800 milyon dollar məbləğində vəsait ayrılıb”, - baş nazir bildirib.
Maliyyə Nazirliyinin məlumatına görə, Ukraynanın dövlət büdcəsinin aylıq kəsiri 5 milyard dollara çatır.
Bu gün maliyyə naziri Sergey Marçenko bildirib ki, dövlət büdcəsinin yalnız üçdə biri öz gəlirləri hesabına maliyyələşir, qalan üçdə ikisi beynəlxalq qrantlar və kreditlərdir.
Ramil Zeynallı