Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada pakistanlı həmkarı Bhutto Zardarini ilə görüşüb.

"Unikal" xəbər verir ki, bununla bağlı türkiyəli nazir “Twitter“ hesabında paylaşım edib.
O qeyd edib ki, Pakistan XİN rəhbəri ilə bu ölkənin Baş naziri Şahbaz Şərifin sabah Türkiyəyə baş tutacaq səfərinə hazırlıq işlərini müzakirə ediblər.