Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putini BMT-də Odessadakı dəniz limanının blokunun açılması ilə bağlı qətnamə qəbul etməyə dəvət edib.
"Unikal" Yelisey sarayına istinadən xəbər verir ki, bu barədə Fransa dövlətinin başçısı jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Ötən şənbə günü Olaf Şolzun (Almaniya kansleri - red.) iştirakı ilə baş tutan müzakirədə mən prezident Putinə təklif etdim ki, BMT-də çox aydın çərçivənin verilməsi üçün qətnamə qəbul etməyə təşəbbüs edək. (Ukrayna taxılının ixracı - red.), - Makron bildirib.
O, həmçinin əlavə edib ki, indi bu problemin yaxın vaxtlarda həlli son dərəcə vacibdir.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Putin Şolz və Makronla telefon danışığında dünyada baş verən ərzaq böhranını müzakirə edib. Rusiya dövlətinin başçısı Ukrayna taxılının ixracının bərpası üçün şərt qoyub.
Ramil Zeynallı