"ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən HIMARS raket sistemlərinin tədarükü çərşənbə günü elan ediləcək".
"Unikal" xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinq zamanı bildirib.
"The Wall Street Journal" bildirmişdi ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya MLRS və HIMARS sistemlərinin tədarükünü təsdiqləyib.
Qeyd edək ki, Bayden daha əvvəl qeyd edib ki, ABŞ Rusiyanı vura biləcək raketləri Ukraynaya verməyəcək.
Onu da deyək ki, sözügedən raketlərə aid sursatlar 300 km-ə qədər atış gücünə malikdir.
Ağarza Elçinoğlu