Aİ sanksiyalarının altıncı paketinə 80 rus oliqarxı da daxil ediləcək.
"Unikal" "Le Parisien"ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Aİ sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
Makronun sözlərinə görə, altıncı paket "80 oliqarxa qarşı sanksiyalara, üç televiziya kanalına qadağa qoyulmasına, bazarın 35%-ni təşkil edən Rusiyanın böyük bankının SWIFT-dən ayrılmasına və ilk dəfə olaraq neftə məhdudiyyətlərin qoyulmasına" imkan verəcək.
Ağarza Elçinoğlu