Sakit okeanda başlayan "Aqata" qasırğası Meksikanın Oaxaca əyalətinə çatıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 10 nəfər ölüb, 20 nəfər itkin düşüb.
Oaxaca əyalətinin qubernatoru Alejandro Murat bildirib ki, qasırğa çaylar daşmasına və yüksək dağlıq ərazilərdə torpaq sürüşmələrinə səbəb olub.
Ölənlərin sayının artacağı istisna edilmir.
Ağarza Elçinoğlu