Müstəqil Ukraynaya üç aylıq genişmiqyaslı hərbi müdaxilədən sonra Rusiya Ukrayna ilə sülh sazişi üzrə danışıqlara hazır olduğunu bildirib.
"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının spikeri Valentina Matvienko deyib.
"Biz danışıqlara açığıq. Bizə diplomatik, sülh yolu ilə həll yolları lazımdır, lakin bunun üçün iki ölkənin iradəsi lazımdır. Biz danışıqlar aparmağa, Ukraynada vətəndaş müharibəsinə son qoyacaq və sülhə gətirib çıxaracaq saziş imzalamağa hazırıq",- deyə o, bildirib.
Gülayə Mecid