Rusiya prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyana zəng ediblər.

"Unikal"  xarici KİV-ə istinadən xəbər verir ki, onlar Paşinyanı ad günü münasibətilə təbrik ediblər.

Qeyd edək ki, Paşinyan 1975-ci il iyunun 1-də Tavuş vilayətinin İcevan şəhərində anadan olub. 2018-ci il mayın 8-də Ermənistanın baş naziri seçilib.