Meksika prezidenti Andres Manuel Lopez Obrador ölkə ərazisində elektron siqaretlərin satışını qadağan edən fərman imzalayıb.
"Unikal" xəbər verir ki, Meksika Prezidenti Andres Manuel Lopez Obrador gündəlik mətbuat konfransı zamanı imzaladığı fərmanla Tütünlə Mübarizə haqqında Meksika Ümumi Qanununa dəyişiklik edib.
Yeni tənzimləmə çərçivəsində yeni nəsil tütün məmulatları olan elektron siqaretlərin ölkə daxilində yayılması və satışı qadağan edilib.